“Ölkəmizi Tanıyaq” tur-aksiyası

Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Cənub bölgəsinə səfər etmiş məktəbimizin 10 a sinif şagirdləri Nəbiyeva Fəridə Ruslan qızı və Hüseynli Nəzrin Eldar qızı təəssüratlarını bölüşüblər. 16-19 noyabr 2017-ci il tarixlərdə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində məktəbimizdən 2 nəfər - Nəbiyeva Fəridə və Hüseynli Nəzrin ölkəmizin cənub bölgəsinə səfər ediblər. Səfər uğurla yekunlaşıb. Səfərdən geri dönən məktəblilər cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşüblər. Görüş zamanı şagirdlərimiz səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat ediblər. Xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə dövlət başçısına təşəkkür edərək layihənin davamlı olması ilə bağlı arzularını bildiriblər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi