"Hazırcavablar"

Məktəbimizin 7-ci sinif şagirdləri Azərbaycan Televiziyasının birinci kanalı ilə yayımlanan "Hazırcavablar" verilişinin bu dəfəki çəkilişində iştirak etmişlər. Bakının 5, 31, 42 saylı məktəblərinin şagirdləri ilə yarışan komandamız yüksək nəticə göstərmişlər. Belə ki, əvvəl komanda şəklində, daha sonra fərdi oyunda daha fəal və bacarıqlı olduqlarını sübut etmişlər. 7a sinif şagirdi Rzalı Leyli Anar qızı yarışın final qalibi olmuşdur. Bu münasibətlə biz hər üç şagirdimizi, xüsusilə Leyli qızımızı ürəkdən təbrik edir, gələcəkdə daha mötəbər yarış və olimpiadalarda qalibiyyət arzu edirik. Əhsən, uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi