Məktəbimizin 2016-2017-ci tədris ilinin yekunları üzrə hesabat konfransı keçirilib

Bu gün məktəbimizdə 2016-2017-ci tədris ilinin yekunları üzrə hesabat konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra tədbirin aparıcısı məktəbin təcrübəli pedaqoqlarından biri, tarix müəllimi Kəmalə Həsənova konfransı açaraq iştirakçılara söz vermişdir. Konfransda məktəbin direktoru riyaziyyat üzrə fəlsəfə doktoru Natəvan Əsədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Sarıyeva və tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova çıxış etmişlər. Məktəbin direktoru öz çıxışında bildirib ki, daha bir dərs ilində məktəbimiz tədris prosesində və məktəbdənkənar fəaliyyətində parlaq uğurlara imza atıb, məktəblilərin hərtərəfli inkişafı baxımından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində yüksək nailiyyətlər əldə edib. Qeyd olunan istiqamətlər üzrə qazanılan uğurlar 2016-2017-ci tədris ilində təhsili dəyərə çevirməyin mümkün olduğunu deməyə əsas verdiyini söyləmişdir. Çıxışlardan sonra məktəbin fəaliyyətində göstərdikləri xidmətlərə görə müəllimlərin bir qrupu fəxri fərmanla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi