9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Bu gün məktəbimizdə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 5 d sinfi Bayraq Gününə həsr olunmuş gözəl rəqs, şeir və mahnılarla çıxış ediblər. 3 ç və 4 b sinif şagirdləri Aysu və Əsma Məmmədova bacıları slaydlar üzərində hazırladığı mahnıları ilə onlara qoşulublar. Eyni zamanda 5 d sinif şagirdlərinin və sinif rəhbərinin təşkil etdiyi “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda ədəbi-bədii kompozisiya tədbirə yeni rəng qatmışdır. Tədbirdə 4 b sinif şagirdi Hüseynquliyeva Selcan və 7 ç sinif şagirdi Quliyev Mirağa öz ifaları ilə tədbiri daha da maraqlı ediblər. Tədbirin keçirilməsində məqsəd şagirdlərimizi dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi