Məktəbimizin nümayəndələri ilə akademik Vaqif Abbasovun görüşü olub

Bu gün AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Binəqədi rayon R. Əliyev adına 3 nömrəli tam orta məktəbinin nümayəndələri ilə görüşüb. Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun baş texnoloqu, kimya üzrə elmlər doktoru İsmayıl İsmayılov, məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Əsədova Natəvan Şükür qızı, məktəbin kimya müəllimi Hüseyinli Ülviyyə Alim qızı, məktəbin 11-ci sinif şagirdləri Mahmud Seyidov və Mirsədi Mustafayev iştirak edib.Görüşdə məktəbdə kiçik akademiya yaradılması və alimlərin məktəbdə məharət dərslərinin təşkili məsələləri müzakirə olunub. İnstitutun veb-saytı haqqında şagirdlərə məlumat verilib.Qonaqlar akademik Yusuf Məmmədəliyev Memorial muzeyi ilə tanış olublar.Qərara alınıb ki, institutun zəngin məlumatlı veb-saytının məktəb kollektivi üçün təqdimatı keçirilsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi