“Narkomaniyaya yox deyək!”

17.10.2017-ci il tarixdə məktəbimizdə Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik İdarələrinin əməkdaşları tərəfindən “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından və s. digər istiqamətlərdə profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı. Görüş iştirakçıları tərəfindən məktəblilərin sualları cavablandırılaraq, maarifləndirici mövzuda çıxışlar edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi