Paytaxt məktəblərində “Bilik günü”

Sentyabrın 15-də paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.Mərasimdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs ediblər.“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi