"Bilik günü"

Bu gün Azərbaycan "Bilik günü"nü qeyd etdi. Bu münasibətlə məktəbimizdə də tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Hacıyev, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Məktəbimizin direktoru Natəvan Əsədova tədbir iştirakçılarını salamlayaraq "Bilik günü" münasibətilə təbrik etdi. İlk dərs məşğələsinin "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunda olacağını qeyd etdi. Sonra birincilər və məktəbimizin digər şagirdləri şeir söyləyib, mahnı ifa etdilər. Birincilər üçün "ilk zəng" çalındı və onların hər birinə hədiyyə təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi