“Azərbaycan Səninlədir-Sənsiz deyil”

22 iyun tarixində Binəqədi Rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı , Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam həmrəyliyi ili” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər qonaqlar iştirak etmişdirlər. Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.Bu tədbirdə məktəbimizin 3 b sinif şagirdi Məmmədova Aysu və 2 ç sinif şagirdi Məmmədova Əsma müvəffəqiyyətlə çıxış etmiş və diplomla mükafatlandırılmışlar. Şagirdlərimizi ürəkdən təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi