"HƏR ZAMAN GÜNƏŞ KİMİ İŞIQ SAÇIN"

Məktəbimizin ibtidai sinif müəllimi Ləman Azadova dərs dediyi 4b sinif şagirdləri ilə birlikdə "HƏR ZAMAN GÜNƏŞ KİMİ İŞIQ SAÇIN" adlı maraqlı bir tədbirə imza atdılar. Bu tədbir - dörd illik ibtidai təhsil pilləsində şagirdlərin əldə etdikləri bilik, bacarıq və istedadlarını ehtiva edən hesabat xarakterli tədbir kimi dəyərləndirildi. Adı çəkilən sinifin Binəqədi rayonunun əksər mötəbər tədbirlərinin iştirakçısı olduğu hər kəsə bəllidir. Elə məktəbdə də 4b sinifi istər təhsildə, istərsə də sinifdənxaric işlərdə hər zaman öncüllər sırasında olmuşdur. Elə bu tədbirdə də təqdim etdikləri müxtəlif səhnəcikləri, rəngarəng nömrələri, bir-birini əvəz edən nəğmələri ilə bayram əhval-ruhiyyəsi yaradan şagirdlər bir daha fərqliliklərini sübut etdilər. Tədbirdə Bİnəqədi RİH-nin nümayəndəsi Elnur Məmmədov, Təhsil Şurasının direktor müavini, "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı, Təhsil Nazirliyinin nümayəndəsi Ramil Süleymanlı, məktəbin direktoru N.Əsədova və digər nümayəndələr iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi