"İmzalı görüş" layihəsinin növbəti tədbiri keçirildi

Bu gün məktəbimizdə 2016-2017-ci tədris ilinin Fəaliyyət Planının 1.3.6. bəndinə uyğun olaraq məktəblilərin mütaliə vərdişlərini təkmilləşdirmək məqsədilə “İmzalı görüş” layihəsinin növbəti tədbiri keçirildi. Elm qida kimidir. Ona hər zaman ehtiyac vardır. Faydası isə hər kəsədir. Məhz buna görə məktəbimizdə “İmzalı görüş” layihəsinin növbəti tədbirində Azərbaycan elmində öz dəsti xətti olan, kimya elminə əvəzsiz töhfələr vermiş görkəmli ziyalılarımızdan kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Vaqif Abbasovla görüş təşkil olunmuşdur. Görüşdə Neft Kimya Prosesləri İnstitunun bir sıra nümayəndəsi, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, BŞTİ-nin nümayəndələri Şirindil Əhmədov, Xədicə Quliyeva, YAP Binəqədi Rayon Təşkilatının nümayəndəsi Rahil Şükürov, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov, 276 saylı tam orta məktəbin direktoru Bəhram Şiriyev, 102 saylı tam orta məktəbin direktoru Mailə İsmayılova, məktəbimizin pedaqoji kollektivi və X-XI sinif şagirdləri iştirak edirdilər. Müasir gənclərin elmə marağının gücləndirilməsi, dünyagörüşlərinin formalaşmasında, hərtərəfli inkişafında belə görüşlərin əhəmiyyəti böyükdür. Bu günkü tədbirdə şair, alim, gözəl insan olan Vaqif müəllimin həyat və elmi fəaliyyəti, bədii yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verildi. Vaqif Abbasov maraqlı və faydalı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, şagirdlərlə səmimi şəkildə söhbət apardı ki, bu da şagirdlər arasında böyük sevincə səbəb oldu. Şagirdlərimiz bu tədbirdən sonra Vaqif müəllimi görkəmli alim olmaqla yanaşı, bir incə duyğulu, incə qəlbli şair kimi də tanıdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi