"Oxu Günü"
Yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədi daşıyan "Oxu Günü" ilə bağlı məktəbimizin X c sinfində kitab müzakirəsi keçirildi. Dünya ədəbiyyatı və Azərbaycan klassiklərinin əsərlərini mütaliə edən şagirdlər həmin əsərləri müzakirə etdilər.