Bakı Ali Neft Məktəbinin əməkdaşları ilə görüş

13.04.2017-ci il tarixdə Bakı Ali Neft Məktəbinin tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı, kimya mühəndisliyi kafedrasının müəllimi Rima Quliyeva və qəbul imtahanında yüksək nəticə (656 bal) göstərərək həmin ali məktəbin tələbəsi adını qazanan məzunumuz Elnur Cəbiyev məktəbimizin XI sinif şagirdləri ilə görüş keçirdilər. Elnur, Ali Məktəbin tələbələr üçün yaratdığı imkan və şəraitini, fəaliyyətini, oradakı digər məzunlarımızla iş birliyini əks etdirən slaydlar nümayiş etdirdi. Bakı Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında suallara dolğun cavab verən 3 nəfər XI sinif şagirdi qiymətli hədiyyə ilə mükafatlandırıldı. Tədbirin sonunda məktəb rəhbərliyi, qonaqlar və XI sinif şagirdləri ilə xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi