Əsrin Faciəsi

Xocalı soyqırımı -1992 -ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir .1992-ci il fevralın 25-26-sına keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi . Hücumdan əvvəl , fevralın 25-i axşam şəhər toplardan və ağır arteriyadan şiddətli atəşə tutuldu .Nəticə , fevralın 26 -ı səhər saat 5 radələrdə Xocalı tam alova büründü .Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonun mərkəzinə çatmaq ümidilə şəhəri tərk etdi . Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə qətliamın qurbanı oldu Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirildi ,8 ailə tamamilə məhv edildi , 25 uşaq hər iki valideynini ,130uşaq valideynlərindən birini itirdi.Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi .1275 xocalılı əsr ,150 xocalılı itkin düşdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi