Uğurumuz var!
"Şahmat evi" şahmat akademiyasında ikimərhələli şəkildə, ümumi qruplarda 149 nəfər məktəblilər arasında yarış keçirilmişdir. Yarışda məktəbimizin 7b sinif şagirdi Cəfərzadə Zəhra qızlar arasında 1-ci yeri qazanmışdır. Zəhra qalib olaraq medal, diplom və 1-ci yer üçün nəzərdə tutulmuş kubokla təltif olunmuşdur. Şagirdimiz eyni zamanda, dərəcə kateqoriyasını ödəyərək, 3- cü dərəcəli şahmatçı tituluna da layiq görülmüşdür.
Həmin yarışda məktəbimizin digər 7b sinif şagirdi Cəfərzadə Davud oglanlar arasında 2- ci yeri qazanmışdır. Davud yarışdakı qalibiyyətinə görə medal, diplom və 2-ci yer üçün nəzərdə tutulmuş kubokla təltif olunmuşdur. Eyni zamanda, dərəcə kateqoriyasını ödəyərək, 3cü dərəcəli şahmatçı titulunu da qazanmışdır.
Şagirdlərimizin uğuruna sevinir, valideynlərini kollektivimiz adından təbrik edirik.
Hər iki şagirdimizin sinif rəhbəri İnarə müəlliməni də bu cür bacarıqlı və yaradıcı şagirdlərə göstərdiyi diqqətə görə təşəkkür edirik.