Biologiya fənn aylığı çərçivəsində dərsdinləmələr həyata keçirilir..

Dekabr ayında məktəbimizdə biologiya fənn aylığı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, biologiya müəllimi Təranə Ömərovanın keçdiyi “Çiçək” mövzusundakı dərs fənn müəllimləri tərəfindən dinlənilib. Dərsdə müasir tədris metodlarına diqqət yetirilib və müəllimlər arasında səmərəli müzakirələr aparılıb. Biologiya fənn aylığı pedaqoji təcrübə mübadiləsi və dərs prosesinin inkişafı baxımından uğurla davam edir.