Naxçıvanın 100 illik yubileyi ilə bağlı film nümayişi

    Naxçıvan ayı çərçivəsində, məktəbimizdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş bir film nümayişi təşkil olundu. Film vasitəsilə şagirdlərə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr və Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında ətraflı məlumat verildi.
    Eyni zamanda, film Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri barədə zəngin görüntülər və məlumatlar təqdim etdi. Bu tədbir şagirdlərə Naxçıvanın tarixi və mədəniyyəti haqqında dərindən məlumat əldə etmək və bu mühüm bölgənin Azərbaycandakı rolunu daha yaxşı başa düşmək imkanı yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi