Riyaziyyat aylığı uğurla başa çatdı.

    Noyabr ayı riyaziyyat aylığı elan edilmişdi. Aylıq çərçivəsində riyaziyyata marağı artırmaq və şagirdlərdə məntiqi təfəkkürün inkişafına töhfə vermək məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirildi.

    Bu müddət ərzində məktəbdə xüsusi guşə yaradıldı, riyaziyyat dərslərinə diqqət artırıldı və dərsdinləmələr təşkil edildi. Həmçinin, şagirdlərin bilik və maraqlarını təşviq etmək məqsədilə “Riyaziyyatla qazan” adlı layihə həyata keçirildi. Layihə çərçivəsində məktəbin girişində nümayiş olunan ifadəni düzgün həll edən şagirdlər cavablarını zərfdə qutuya atırdı.

    Layihədə ümumilikdə 30 şagird iştirak etdi. Cavablar yoxlanıldıqdan sonra 5 şagirdin düzgün cavab tapdığı müəyyən olundu. Qaliblər yaxın günlərdə təltif ediləcək.

    Bu kimi tədbirlər şagirdlərin təhsilə marağını artırmaqla yanaşı, onların gündəlik biliklərinin möhkəmlənməsinə dəstək olur. Riyaziyyat aylığında iştirak edən bütün şagirdlərə və müəllimlərə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi