Peşəyönümü mövzusunda anket sorğu təşkil edilib
Şagirdləringələcək karyera seçimlərinə dəstək vermək məqsədilə, 8-ci sinif şagirdləri arasında peşəyönümü istiqamətində anket sorğusu təşkil edilib. Sorğunun əsas məqsədi, şagirdlərin maraq və meyllərini müəyyən edərək, onların gələcək peşə seçimlərini daha düzgün və məqsədyönlü şəkildə etmələrinə kömək etməkdir.
Sorğu, şagirdlərin müxtəlif sahələrə olan maraqlarını, bacarıqlarını və gələcək karyera məqsədlərini öyrənmək üçün hazırlanmış bir sıra suallardan ibarət olub. Şagirdlərə peşə sahələrinə dair fərqli suallar verilib, onların hansı sahələrdə daha çox maraq və istedad göstərdikləri, hansı peşələrin onlar üçün cəlbedici olduğu araşdırılıb. Bu məlumatlar, gələcəkdə peşə təhsili və karyera yönləndirmə fəaliyyətlərini daha da təkmilləşdirmək və şagirdlərə fərdi yanaşma tətbiq etmək üçün böyük əhəmiyyət kəsb edir.