26 noyabr Azərbaycan Kəlağayısı Günü münasibətilə 3B sinfi məktəbimizdə maraqlı bir gün təşkil etdi.

    26 noyabr Azərbaycan Kəlağayısı Günü münasibətilə 3B sinfi məktəbimizdə maraqlı bir gün təşkil etdi. Şagirdlər kəlağayı ilə bağlı hazırladıqları məlumatları təqdim etdilər və bu milli irsimizin əhəmiyyəti haqqında danışdılar.

    Şagirdlər həmçinin kəlağayıya həsr olunmuş şeirlər səsləndirərək günə xüsusi rəng qatdılar. Bu çıxışlar milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinin nə qədər vacib olduğunu bir daha vurğuladı.

    Kəlağayı, ipəkdən hazırlanan və qədim naxışlarla bəzədilən milli baş örtüsüdür. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş bu baş örtüsü Azərbaycan qadınının zərifliyini, mədəniyyətimizin isə dərinliyini təmsil edir.

    3B sinfinin təşkil etdiyi bu maraqlı gün həm şagirdlərin, həm də müəllimlərin milli kimliyimizə daha da yaxınlaşmasına şərait yaratdı. Azərbaycan kəlağayısı – tarixi irsimizin əzəmətli simvoludur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi