Məktəbimiz ölkəmizdə keçirilən COP29-da fəal iştirakı ilə seçildi.

    Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllimləri ölkəmizdə keçirilən COP29-da fəal iştirakı ilə seçildilər. Onlar BMT-nin tədbirində bir neçə panellərdə müzakirələrə qatılmış və maraqlı çıxışları ilə xarici qonaqların diqqətini cəlb etmişlər.

    Müəllimlərimiz Azərbaycanın təbiətin qorunması işindəki uğurlu işlərindən söhbət açmışlar.Məktəbimizin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət, təşkilatçı Fatimə Vəliyeva, eləcə də müəllimlərimiz Təranə Ömərova və Nisəxanım Məmmədova Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində iştirak ediblər. Tədbir zamanı onlar iqlim dəyişikliyi, ekoloji problemlərin həlli yolları və dayanıqlı inkişaf mövzusunda keçirilən müzakirələrdə fəallıq göstərdilər.

    COP29, yalnız Azərbaycanın deyil, bütün dünyanın iqlim problemləri ilə bağlı səylərinin birləşdirildiyi mühüm bir platformadır. Tədbir çərçivəsində nümayəndələr müxtəlif beynəlxalq qurumlarla təcrübə mübadiləsi edib, gələcək üçün ekoloji fəaliyyət planlarının müzakirəsinə qatılıblar.

Məktəbimizin nümayəndələriCOP29-da təkcə iştirakçı kimi deyil, həm də yerli təhsil ocaqlarının ekoloji maarifləndirmə sahəsindəki fəaliyyətini nümayiş etdirmək məqsədilə də maraqlı faktlarla çıxış ediblər. Xüsusilə müəllimlərimizin açıq havada keçirdikləri dərslər, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumatlar yerli və xarici iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    Direktorumuz Almaz Həsrət çıxışı zamanı qeyd edib ki, “COP29, gələcək nəsillər üçün daha təmiz və yaşıl bir planet qurmağın vacibliyini bir daha xatırlatdı. Bu tədbir həm ölkəmiz, həm də təhsil sistemimiz üçün böyük əhəmiyyət daşıyır.”

    Məktəbimizin biologiya müəllimi Nisəxanım Məmmədova və təşkilatçı Fatimə Vəliyeva isə məktəbimizdə iqlim dəyişikliyi ilə bağlı şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün artıq bir çox təşəbbüslərin həyata keçirildiyini və COP29-un bu fəaliyyətləri daha da genişləndirmək üçün ilham verdiyini vurğulayıblar.

    Bu tədbirdə iştirak etməklə nümayəndələrimiz həm məktəbimiz, həm də ölkəmiz üçün böyük bir qürur mənbəyi oldular. COP29, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan qlobal addımların mühüm hissəsidir və Azərbaycanın bu sahədə aktiv iştirakçı olması qürurverici bir nailiyyətdir.

    Məktəbimiz COP29 çərçivəsində öyrəndiklərini yeni layihələrə çevirmək və ekoloji bilikləri daha geniş yaymaq üçün fəaliyyətlərini davam etdirəcək. Ölkəmiz və planetimiz naminə hər bir kiçik addımın böyük dəyişikliklər yarada biləcəyinə inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi