”Zəfərin rəngləri” adlı rəsm və əl işi sərgisi açıq elan olundu.

    Noyabrın 6-da məktəbimizdə “Zəfərin Rəngləri” adlı rəsm və əl işi sərgisinin açılışı baş tutdu. Tədbirə Bakı Şəhər Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Təlimə Dəstək Mərkəzinin mütəxəssisləri və Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının nümayəndələri qatıldı.

    Sərgidə zəfərimizin qələbə ruhunu əks etdirən əlvan rəngli rəsmlər nümayiş olunaraq izləyicilərin böyük marağına səbəb oldu. Şagirdlərimizin STEAM dərslərində hazırladıqları “Ağıllı Kənd” layihəsi isə sərginin diqqət mərkəzində idi və qonaqlar tərəfindən yüksək qiymətləndirildi.

    Məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət şagirdlərin yaradıcılıq təşəbbüslərini yüksək dəyərləndirdi, məktəbin təşkilatçısı Fatimə Vəliyevaya sərginin təşkilinin yüksək səviyyədə və uğurlu olmasına böyük töhfə verdiyinə görə təşəkkürünü bildirdi.

    Bu cür tədbirlər şagirdlərimizin yaradıcılıq bacarıqlarının inkişafına dəstək verir və onların vətənpərvərlik ruhunu daha da yüksəldir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi