"Mehriban Əliyeva: həyat və fəaliyyəti"

06.03.2017-ci il tarixdə məktəbimizdə tarix müəllimi Şərqiyyə Hüseynovanın rəhbərliyi ilə 8b sinif şagirdlərinin təşkil etdiyi "Mehriban Əliyeva: həyat və fəaliyyəti" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, H.Əliyev fondunun sədri, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli həyat fəaliyyəti, dövlət quruculuğunda, siyasətdə yeri, milli mədəniyyətimizin və Azərbaycan Respublikasının Dövlət olaraq təqdim, təbliğ və tərənnüm olunmasında göstərdiyi səylər, xeyriyyəçilik ideyalarının və ənənələrinin qorunması və həyata keçirilməsindəki xidmətləri vurğulanmış, onun əsil Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə daşıması və gənc nəslə örnək nümunəsi olduğu qeyd olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi,pedaqoji kollektivin üzvləri və məktəblinin dostları iştirak etmişlər.P.S. Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçilməsi və Beynəlxalq qadınlar günü münasibətilə kollektivimiz adından təbrik edir, ona üzərinə götürdüyü məsul və ağır işdə uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi