Müəllimlər gününə həsr olunmuş mini futbol yarışında parlaq qələbə

    Müəllimlər Gününə özəl olaraq təşkil edilən mini futbol yarışı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin və 102 nömrəli tam orta məktəbin şagirdləri arasında baş tutdu. Yarışın keçirilməsində məqsəd yalnız şagirdlər arasında idman ruhunu gücləndirmək deyil, həm də bu əlamətdar gündə müəllimlərə hədiyyə olaraq, onların zəhmətinə və fədakarlığına bir minnətdarlıq simvolu təqdim etmək idi.

    Məktəblər arasında keçirilən bu yarış gərgin, lakin dostluq dolu atmosferdə keçdi. Hər iki məktəbin şagirdləri yüksək idman bacarığı və əzmkarlıq göstərdi. Sonda 3 nömrəli tam orta məktəbin şagirdləri 12-2 hesabı ilə inamlı bir qələbə qazandılar. Bu parlaq nəticə şagirdlərin zəhmətinin və komanda ruhunun göstəricisi idi. Komandamızın şagirdləri qələbəni R.Əliyev adına 3 nömrəli məktəbin müəllim kollektivinə hədiyyə edərək, onlara öz təşəkkürlərini və ehtiramlarını bildirdilər.

    Tədbirin sonunda qalib komanda böyük coşqu ilə təbrik edildi, yarış iştirakçılarına isə idmanın dostluq və birlik simvolu olduğu vurğulandı. Bu yarış şagirdlər arasında həmrəyliyi daha da möhkəmləndirdi və hər iki məktəb üçün unudulmaz bir xatirəyə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi