Oktyabrın 1-də məktəbimizdə ən kiçik təhsil addımlarını atan 60 uşağın iştirakı ilə məktəbəhazırlıq qruplarında məşğələlərə rəsmi olaraq start verildi. Balacalarımızın məktəb həyatı ilə tanış olduğu bu ilk gün onların sevincli və həyəcanlı anları ilə yadda qaldı. Gözlərindəki parıltı, təhsilə olan maraqları və kəşf etmək arzusu hər kəsə xoş anlar yaşatdı.
Məktəbimizdə məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi!
Bu məşğələlər, uşaqların məktəb mühitinə uyğunlaşması və təhsil prosesinə hazırlıqlı başlamaları üçün çox əhəmiyyətlidir. Həyatlarının yeni və önəmli bir mərhələsinə qədəm qoyan bu körpələrimiz, tədris ili ərzində əylənərək öyrənmənin, yeni dostluqlar qurmanın və məktəbə olan bağlılıqlarını artırmanın ilk təcrübələrini yaşayacaqlar.
Müəllimlərimiz, balacalarımızın hər birini sevgi və qayğı ilə qarşılayaraq, onların gələcək təhsil həyatına ən yaxşı şəkildə hazırlanması üçün bütün lazımi şəraiti təmin ediblər. Uşaqların bu cür erkən yaşda məktəbə maraq göstərməsi, gələcəkdə böyük uğurların təməlini qoymaq üçün atılan mühüm addımlardır.
Təhsil həyatlarına maraqla başlayan bu balaca qəhrəmanların gələcəkdə məktəbimizin fəxrinə çevriləcəyinə inanırıq. Onların bu kiçik addımları, sabahımızın böyük uğurlarının başlanğıcıdır.