Məktəbimizdə 27 sentyabr Anım Gününə həsr olunmuş möhtəşəm tədbir

    Sentyabrın 27-də məktəbimizdə Anım Gününə həsr olunmuş xüsusi və möhtəşəm bir tədbir keçirildi. Tədbirin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək və şagirdlərə vətənpərvərlik ruhunu daha da dərinləşdirmək idi. Şagirdlər tədbir boyu şəhidlərimizin qəhrəmanlıqlarını yaşadan müxtəlif səhnəciklər təqdim etdilər, onların şərəfli yolunu canlandıran şeir və mahnılar səsləndirdilər.

    Tədbirə tanınmış qonaqlar da təşrif buyurmuşdu. Kərkük Kültür Dərnəyinin başqanı, yazıçı Şəmsəddin Küzəci, məktəbimizin məzunu olan qazilər – Rəhimli Rəfi və Salmanov Kamran, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Arzu Bayramlı, yazıçı Rəsmiyyə Sabir, həmçinin Zəngilan Mədəniyyət Evinin direktoru Zeynəb Bağır tədbirin xüsusi qonaqları oldu. Onların iştirakları tədbirə xüsusi rəng qatdı və şagirdlərə şəhidlərimizin fədakarlığını daha dərindən hiss etməyə imkan yaratdı.

    Tədbirdə qonaqlar şəhidlərimizin həyat yolunun gənc nəsil üçün örnək olduğunu vurğuladılar. Qazilərimiz öz çıxışlarında döyüşlərin çətinliklərindən və hər bir azərbaycanlının borcundan danışaraq, məktəblilərə vətənpərvərlik ruhunu aşıladılar. Şagirdlər isə bu dərin mənalı çıxışları dinləyərək, qəhrəmanlıq və birlik hisslərinin daha da gücləndiyini bildirdilər.

    Bu tədbir həm şagirdlər, həm də müəllimlər üçün əhəmiyyətli və yaddaqalan oldu. Tədbir zamanı gənc nəsilə vətənpərvərlik hissləri aşılandı və birliyimizin simvolu olan şəhidlərimizə hörmət və ehtiram göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi