Anım Gününə həsr olunmuş "Qəhrəmanlıq səlnaməsi: Zəfər yolunda vətən müharibəsi" dərsi keçirilib.

    27 sentyabr Anım Günü münasibətilə məktəbimizin 9c sinfində zəfər tarixi dərsində "Qəhrəmanlıq səlnaməsi: Zəfər yolunda vətən müharibəsi" mövzusunda dərs keçirilib. Dərsi məktəbin tarix müəllimi Nigar Məmmədova təşkil edib. Dərs zamanı şagirdlərə Vətən müharibəsinin gedişi, əhəmiyyəti və qəhrəman şəhidlərimizin vətənpərvərlik ruhu haqqında ətraflı məlumat verilib. Günün əhəmiyyəti vurğulanaraq, Vətən müharibəsinin tarixi nəticələri və Azərbaycan ordusunun şücaəti müzakirə mövzusu olub.

    Dərsdən sonra 9c sinfi, müəllimləri ilə birlikdə şəhidlərimizin əziz xatirəsinə məktəbin həyətyanı sahəsində ağaclar əkərək, onların əbədi xatirəsini yaşatmağı bir daha önə çıxarıblar. Bu aksiya, şagirdlərdə vətənə olan sevgini və milli dəyərlərə olan bağlılığı gücləndirmək məqsədi daşıyıb.

    Qəhrəman şəhidlərimizin ruhu daim anılacaq və onların əməyi hər zaman hörmətlə yad ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi