Təhsil ocağımıza bu il 116 nəfər I sinif şagirdi ilk addımlarını atdı.

    Sentyabrın 16-da məktəbimizdə yeni tədris ilinin ilk zəngi çalındı. Məktəbimizin həyətində sevincli və həyəcan dolu anlar yaşandı. Təhsil ocağımıza bu il 116 nəfər I sinif şagirdi ilk addımlarını atdı, böyük bilik yoluna qədəm qoydular.

    Tədbir məktəbin direktoru, əməkdar müəllim Almaz Həsrətin təbrik nitqi ilə açıldı. O, şagirdlərə dərin uğurlar arzulayaraq, təhsilin əhəmiyyətini vurğuladı. Ardınca I sinif rəhbərləri şagirdlərə xoş arzularını çatdırdılar, onlara bu yolda dəstək olacaqlarını ifadə etdilər. Valideynlər də bu xüsusi günün sevincini bölüşərək təbriklərə qoşuldular və övladlarına xoş arzularını bildirdilər. Tədbirdə Binəqədi rayon İcra hakimiyyətinin Rəsulzadə qəsəbə nümayəndələyinin  əməkdaşı İsa Bayramov da çıxış edərək yeni tədris ilində bütün şagirdlərə uğurlar arzuladı.

    Tədbirin bədii hissəsində XI sinif şagirdi Abbasov Kamil çıxış etdi. O, sonuncu tədris ilinin başlamasından duyduğu həyəcanı dilə gətirərək, həm öz sinif yoldaşlarına, həm də I siniflərə uğurlar arzuladı. Kamil həmçinin məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürünü bildirdi.

    Günün ən yaddaqalan anı isə ilk zəngin səslənməsi oldu. Bu simvolik an yeni təhsil ilinin başlanğıcını xəbər verərək, hər kəsin həyəcan və ümid dolu gözləntilərini daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi