1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

Məlum olduğu kimi ölkəmiz aktiv seysmik zonada yerləşir. Təbii və texniki fəlakətlər baş verərkən ətrafdakıları və özünümüdafiə və kömək etmək məqsədilə maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi zəruridir. Belə tədbirlərdən biri də bizim məktəbimizdə keçirilmişdir. Binəqədi İcra Hakimiyyəti Başçısının müavini İlqar Süleymanovun, FHN-nin MM işinin təşkili baş İdarəsinin əhali və ərazilərinin mühafizəsinin təşkili İdarəsinin polkovnik-leytenantı Elman Əzizovun, Səfərbərlik şöbəsinin baş zabiti Zaid Əhmədovun, Binəqədi rayon FH və MM şöbəsinin rəisi vəzifəsinin icraçısı Kapitan İsrafil Məmmədovun, Bakı Regional mərkəzin təlim əməliyyat planlaşdırma şöbəsinin baş zabiti baş leytenant Tural Rəhimovun, Bakı Regional mərkəzin FH-ın xəbərdar edilmə və MM İdarəsinin MM işinin təşkili şöbəsinin zabiti leytenant Abasət Rzayevin, Binəqədi Gigiyena və Epidemiologiya mərkəzinin ştatlı MM qərargah rəisi Rəşad Məmmədovun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədr müavini İlahə Əliyevanın iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını nümayiş etdirib. Tədbirdə II, IV, V, X, XI sinif şagirdləri iştirak edirdi. Tədbir zamanı məktəbdə fövqaladə hal (süni şəkildə) yaradılmış, şagirdlər təxliyyə olunmuş, yaralılara ilkin yardım göstərilmişdir. II, V siniflərdə açıq dərslər keçirilmiş, akt zalında şagirdlərin çıxışlarından sonra film nümayiş etdirilmişdir. Tədbirdən razı qalan qonaqlar belə maarifləndirici tədbirlərin bütün siniflərdə mütəmadi keçirilməsini təklif etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi