Əməkdar müəllim Almaz xanım Həsrət : “Seçki prosesində fəallıq etməyi özümə vətəndaşlıq borcu bilirəm”

“Biz müəllimlər də parlament seçkilərində vətəndaşların iradəsinin azad şəkildə ifadə edilməsinə yardım göstərmək baxımından fəallıq edirik. Şəxsən özüm heç bir namizədin lehinə və ya əleyhinə təbliğat aparmadan mümkün olduqca seçicilərlə işləyir, onları səsvermə prosesində iştiraka həvəsləndirirəm. Açığı, bununla bağlı hər hansı tapşırıq və ya göstəriş yoxdur. Amma vətəndaş olaraq prosesdə məhz bu şəkildə fəallıq etməyi özümə borc bilirəm”.

 Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikasının Əməkdar müəllimi, Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət deyib.  

 

Almaz Həsrət vurğulayıb ki, indiki seçki xalqımızın gələcək taleyinin müəyyənləşdirilməsi baxımından vacibdir: “Bizim də seçici və vətəndaş olaraq prosesə biganə yanaşmağa haqqımız yoxdur. Nəzərə alaq ki, Azərbaycan özünün müstəqilliyi dövründə artıq ikinci dəfə ərazi bütövlüyü şəraitində seçki keçirir. 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkisində də həvəslə iştirak etdik, fəallıq göstərdik. İndi isə ölkəmizin ərazi bütövlüyü şəraitində ilk dəfə parlament seçkiləri keçirilir. Belə olan halda əlbəttə ki, kənarda qala bilmərik. Əsas odur ki, hər bir seçicinin öz iradəsini azad ifadə edə bilməsi üçün lazımi şərait yaradılıb, heç bir kənar müdaxilə yoxdur. Belə bir şəraitdə bizim üzərimizə düşən vəzifə seçicilərin prosesdə fəal iştirakını təmin etməkdir”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi