"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi və İnformasiya resurs şöbəsi Mərkəzi Kitabxanada "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" adlı tədbir təşkil edib.
Tədbirdə şöbənin məktəbli oxucuları olan Binəqədi rayon Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin 3 "a" sinif şagirdləri, sinif müəllimi Zümrüd Əhədi, musiqi müəllimi İlhamə Əliyeva iştirak edib.
Tədbiri uşaq şöbəsinin müdiri Səidə Sərdarova apardı.
Səidə Sərdarova balacaları "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik edib, günün tarixi haqqında məktəbli oxuculara geniş məlumat verdi və dahilərdən uşaqlar haqqında maraqlı fikirlər, sitatlar, aforizmlər oxudu.
Daha sonra sinif müəllimi Zümrüd Əhədi və musiqi müəllimi İlhamə Əliyeva məktəbliləri bu gözəl gün münasibətilə təbrik edərək xoş arzularını çatdırıblar. Məktəbli oxucular mövzu ilə əlaqədar təşkil olunan kitab sərgisi ilə yaxından tanış olublar. Məktəblilər üçün sərgidə yer alan tanınmış uşaq şairi Məmməd Namazın "Günəş ömürlü insan" adlı kitabından dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında uşaqlar üçün yazılmış "Hamının günəşi" adlı hekayə oxunub. Tədbirdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya resurs şöbəsinin sistem inzibatçısı Nüşabə Məlikovanın "1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" mövzusunda hazırladığı videoçarx tədbir boyu nümayiş olundu. Daha donra məktəbli oxucular Zeynal Cabbarzadənin "Yer üzündə uşaqlar var", Hüseyn Arifin "Mən sülhə səs verirəm", Ələmdar Quluzadənin "Dünyaya uşaq gəlir", Solmaz Şirinin "1 İyun gününüz mübarək olsun" adlı şeirlərini söylədilər. Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı əsasında hazırlanmış səhnəcik göstərildi. Məktəbli oxucular tərəfindən oxunan "Uşaqlıq illəri", "Dostluq himni", "Azərbaycan", "Heydər babanın nəvələri", " Çiçəklər" adlı mahnılar, milli və dünya ölkələrinin rəqsləri tədbiri daha da rəngarəng etdi.