Valideynlərlə korrupsiya ilə mübarizəyə həsr olunmuş görüş
Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin valideynlərii ilə korrupsiya ilə mübarizəyə həsr olunmuş görüş keçirildi.
Görüşdə məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət və direktor müavini, Əməkdar müəllim Yaqut Əzimzadə valideynlərə korrupsiya halının baş verməməsi üçün təmiz vicdanlı və ləyaqətli vətəndaş olmalarına çağırış etdilər. 2020-ci ildən başlayan təmiz, dürüst iş fəaliyyətimizin nəticəsi olaraq məktəbin şəffaf gördüyü işlərin davamlı olacağını və bu halın məhz ləyaqətlə çalışan təhsilverənlərin sayəsində olacağı bildirildi.