“Füzuli dünyası” adlı ədəbi-bədii kompozisiya

"Dahi  Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Bİnəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “ Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Layihə çərçivəsində məktəbimizin 8 A sinif şagirdləri  “Füzuli dünyası” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmiş və, şairə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi