"Xəmsənin xilası"

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc uşaq yazarı, ssenarist Günel Əsgərova ilə oxucuların görüşü təşkil olundu.

"Xəmsənin xilası" adlı tədbirdə Binəqədi rayon Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin 4 "a", 4 "c" sinif şagirdləri və sinif müəllimləri Pəricahan Hüseynova, İradə Qəniyeva iştirak edib.

Tədbiri Uşaq şöbəsinin müdiri Səidə Sərdarova apardı.

Tədbirin qonağı gənc Uşaq yazarı, ssenarist, müxtəlif mövzularda yazılmış on maraqlı nağılın və üç kitabın müəllifi Günel Əsgərova haqqında oxuculara məlumat verildi. Yazıçı-ssenarist Günel Əsgərova öz yaradıcılığı, müəllifi olduğu uşaq ədəbiyyatları, doğma vətəni Azərbaycana, onun səfalı guşələrindən olan Qarabağa həsr etdiyi "Xanın üç qızı" adlı nağılı, bütün dövrlərin dahi şairi Nizami Gəncəviyə ithaf etdiyi "Xəmsənin xilası" adlı nağılı, "Leyli və Balaca adamın sirri" adlı nağılı, "Sülh tütəyi" adlı nağıl-ssenarisi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin sistem inzibatçısı Nüşabə Məlikova Günel Əsgərovanın yaradıcılıq fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxı tədbir iştirakçılarına təqdim etdi. Tədbirdə iştirak edən 3 saylı tam orta məktəbin müəllimləri Pəricahan Hüseynova, İradə Qəniyeva, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva yazara öz xoş sözlərini çatdırdılar. Məktəblilər Uşaq yazarı Günel Əsgərovanın Uşaq şöbəsinin fondunda yer alan "Xəmsənin xilası" və "Xanın üç qızı" nağıllarından parçalar oxudular. Tədbirdə Uşaq yazıçısı-ssenarist Günel Əsgərova oxucuların suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi