"Yaşıl Dünya naminə həmrəylik"ilinə həsr olunmuş möhtəşəm tədbir

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Yaşıl Dünya naminə həmrəylik"ilinə həsr olunmuş möhtəşəm tədbir keçirildi.

Məqsəd Müzəffər Ali Baş Komandanımızın yürütdüyü növbəti dünya miqyaslı uğurlu sərəncamını rəhbər tutaraq şagirdlərimizdə təbiətə duyarlı münasibətlərinin formalaşdırılması idi.

Binəqədi rayonu icra hakimiyyətinin müavini çox hörmətli Sevinc xanım, Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" ictimai birliyinin sədri Mehriban Abdullayeva, Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Qəmzə xanım , 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin şöbə müdiri Rafiq Ədilov çıxışlarındakı dəyərli fikirləri ilə tədbirimizin rəsmi hissəsinə zənginlik qatdılar.

Təbiətə sevgi və qayğının, onu qorumaq naminə həmrəy olmağın ən vacib xüsusiyyətləri şagirdlərimizin maraqlı çıxışlarında, səhnələrində, ifa və rəqslərində möhtəşəm şəkildə təqdim olundu.

Tədbirin ərsəyə gəlməsində əməyi olan biologiya fənn müəllimi Nisəxanım müəllimə, musiqi müəllimi Zilfirə xanıma təşəkkür edirik. Əməyi olan dəyərli şagirdlərimizə, tədbirin yüksək səviyyədə ərsəyə gəlməsində dəstəyi olan valideynlərimizə minnətdarıq.

Dəvətimizi qəbul edib, gələn qonaqlarımızın hər birinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi