"Müstəqil Azərbaycan Respublikasının Qurucusu", "Xalqının xilaskarı - Böyük oğlu"
Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədovanın təşkilatçılığı və 8c 8ç 8d sinif şagirdlərinin iştirak ilə "Ümummilli Lider Heydər Əliyevin" anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Nigar müəllimə və şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumatlar səsləndirdilər. Ulu Öndər Heydər Əliyev "Müstəqil Azərbaycan Respublikasının Qurucusu", "Xalqının xilaskarı - Böyük oğlu" kimi gördüyü işlərdən bəhs edən məlumatlarla çıxış edən şagirdlər tədbir iştirakçılarını məlumatlandırdılar.
Heydər Əliyevin xalqına göstərdiyi misilsiz xidmətlərindən və qayğısından danışdılar və bütün görülən işlərin bu günkü Azərbaycanın varlığının təməl daşı olduğunu bildirdilər. Sonra şagirdlərin ifasında Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.