"Erkən nikahların fəsadları" mövzusunda məşğələ
Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti məşğələ "Erkən nikahların fəsadları" mövzusunda keçirildi. Məqsəd yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Bu məqsədlə gənc nəslin sağlam böyüməsi, onların gələcəkdə sağlam ailə qurması, erkən nikahların fəsadları istiqamətimdə marifləndirici söhbət aparıldı. Məşğələ zamanı videoçarxlar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.