Ana dili və Milli Dövlətçiliyimiz

Məktəbimizdə tarixi günlər və dövlətçilik ənənələrini tərənnüm edən müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Təcrübə göstərir ki, bunlar şagirdlərin dünyagörüşünün artmasına, biliklərə və milli dəyərlərimizə daha yaxşı yiyələnməsinə müsbət təsir edir. Məktəbimizdə növbəti belə bir tədbir görkəmli Azərbaycan hökmdarı, ictimai-siyasi xadim, dahi şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə, Ana dili və Milli Dövlətçiliyimizə həsr olunur. Düşünürük ki, bu tədbir şagirdlərimizdə vətənpərvərlik ruhunu möhkəmləndirəcək, dövlətçilik ənənələrinə sədaqət hissini gücləndirəcək və ölkəmizin tarixini daha yaxşı öyrənməyə kömək edəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi