“Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam edir

Binəqədi rayonunda Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində məktəbimizdə “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam etdirilir. Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir. 27 dekabr 2016-cı il tarixdə məktəbimizin III b sinfində Böyük Britaniya və Şimali İrlandiya Krallığına həsr olunmuş müsabiqə keçirilmişdir. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənilmişdir. Sonra məktəblilər ingilis dilində şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəqslər nümayiş etdirmişlər. Münsiflər heyəti tərəfindən çıxışlara baxılmış və qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi