I-IV siniflərdə oxu vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı tədbir keçirildi
Məktəbin fəaliyyət planının 1.1.2.1 bəndinə uyğun olaraq I-IV siniflərdə oxu vərdişlərinin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsində bədii oxu nümunələrinin düzgün seçiminin reallaşdırılması ilə bağlı tədbir keçirildi. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin oxu bacarıqlarını mükəmməlləşdirməkdən ibarət idi. Tədbirdə kitabxana müdiri Tamilla Ələkbərova və metodbirləşmə sədri Quliyeva Yasəmən iştirak etmişdir. Sonda şagirdləri rəğbətləndirmək məqsədi ilə hədiyyələr verilmişdir.