“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər etmiş və səfər uğurla yekunlaşmışdır
12 noyabr tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər etmiş və səfər uğurla yekunlaşmışdır. Səfərdən geri dönən məktəblilər təhsil aldıqları məktəblərdə cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşmüşdürlər. Görüş zamanı şagirdlərimiz səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat etmişlər. O cümlədən, xatirələrini bölüşən şagirdlər bu cür layihəyə görə ölkə başçısına təşəkkür etmiş və layihənin davamlı olması ilə bağlı arzularını bildirmişlər. Təəssüratlarında şagirdlərimiz gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulamışdırlar.