“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirildi

12 noyabr tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirildi. Yolasalma mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev, məktəb direktorları, valideynlər , məktəblilər, ASAN Könüllüləri və YAP Gənclər Birliyinin fəalları iştirak etmişdirlər. İlk öncə səhər sübh saatlarında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü özündə əks edən atəşfəşanlıq keçirilmişdir. Sonra tədbir iştirakçıları və binəqədili məktəblilər ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Natiq çıxışında bildirdi ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar təşkil edilən bu aksiya siz şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl fürsətdir. Bu gün Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, savadlı, vətənpərvər nəsil yetişib. Odur ki, əziz şagirdlərimiz ölkə başçısının rəhbərliyi ilə görülən bütün işlərdə Siz layiqincə təmsil olunmalısınız. Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar. Çıxışlardan sonra yola salınan şagirdlərin ifasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar hazırlanmış flaşmob və həmrəylik, birlik rəmzi olan yallı rəqsi nümayiş olundu. Sonra “Multikulturalizm ili” çərçivəsində müxtəlif xalqların geyimləri olan balaca fidanlar şagirdlərlə bərabər üzərində müstəqilliyinin bərpasının 25-ci ildönümü əks etdirən şarları havaya uçuraraq, avtobus ilə yola düşmüşdürlər.“Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin şagirdləri Israfilli Lumu Cəmil, Süleymanlı Turqut iştirak edirlər. Şagirdlərimizə uğurlar arzu edirik. Tədbirdən möhtəşəm anların görüntüləri.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi