Cadenza orkestrin məktəblilərimizlə möhtəşəm görüşü

Bugün Binəqədi rayonu R.Əliyev adına 3 nörmrəli  tam orta məktəbdə möhtəşəm bir görüş oldu. Cadenza orkestri solistləri qonağımız idi. Məktəbimizin ibtidai sinif şagirdləri ilə keçirilən interaktiv konsert-görüşün ən maraqlı hissəsi oldu.  Görüş zamanı şagirlərlə musiqi barədə maraqlı disskusiya aparılmış, orkestrin solistləri Ərol Rzayev (violonçel),  Fatimə Nəsirova (violin), Əli Əmişov (viola) və  Samir Əsədov (konsertmeyster-dirijor, violin) uşaqlara musiqi alətləri barədə qısa məlumat verərək,  onlarla ilk dəfə tanış olan balaca dostlarımızda musiqi  ifaçılığı barədə ilkin təəssüratlarını formalaşdırmişdır.
 Tədbir zamanı ifa olunan əsərlər balaca dostlar tərəfindən böyük maraq və xoş həyəcanla qarşılanmışdır.
Qeyd edək ki, Azərbaycan musiqisi və ictimaiyyətinə  xidmət etməyi özü üçün məqsəd qoyan Cadenza orkestri ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər, təhsil müəssisələrində  təhsilin bütün pillələrinə uyğun tədbirlər təşkil etməyi nəzərdə tutur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi