Ətraf mühitin mühafizəsi ilə bağlı tədbir

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktəbimizdə tədbir keçirildi. 8-ci sinif şagirdləri ilə keçirilən tədbirdə aşağıdakı mövzular barədə məlumatlar verildi:

1. "22 may Beynəlxalq Bioloji Müxtəliflik Günüdür"

2. Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təməlidir

3. 23 may Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının peşə bayramıdır.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ləman Fərəcli və Əminə Alməmmədova maraqlı çıxışlar etdilər. Şagirdlər müzakirələr apararaq təbiətə olan münasibətlərini öz dünyaları ilə necə dərk etdiklərini bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi