1ç sinif şagirdləri ilə "Mütaliə saatı"

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 1ç sinif şagirdləri və sinif müəllimi Nəzirə Məmmədova iştirakı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq Şöbəsilə  "Mütaliə saatı" təşkil edilib.

"Mütaliə saatı"nda şöbənin əməkdaşları da iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbli oxucularla "Mütaliə bir mədəniyyətdir" mövzusunda maraqlı söhbət aparıb. Qeyd edib ki, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. İnsan çox mütaliə edərsə onun dünyaya baxışı zəngin olar.

Sonra məktəbli oxuculara Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəyli yaradıcılığı haqqında geniş məlumat verilib. X.Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, poema və səhnə əsərinin müəllifidir. Onun əsərləri vətənə məhəbbət, insan əməyinə ehtiram, təbiət gözəlliklərinə vurğunluq, böyüklərə hörmət, dostluqda dəyanət kimi çox gərəkli duyğular aşılayır. Balacalar X.Əlibəylinin uşaqlar üçün yazılmış "Azərbaycanım mənim", "Mahnı oxu", "Qartal və tülkü", "Nənəyə hədiyyə", "Sehirli nərdivan", "Rəssam günəş", "Qarışqa" və s. şeirləri oxudular. Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəblilərə "Zarafat" adlı nağıl oxuyub. Balacaların davranış qaydalarına həsr olunmuş nağılda iki əkiz qardaşın öz dostları ilə, yaxınları ilə yalançı zarafat etməyi və yalan danışmağın yaxşı hərəkət olmadığı qeyd olunub.

İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəbli oxucular üçün "Cizgi saatı" təşkil edib və müxtəlif mövzularda balacalar üçün hazırlanmış maraqlı disklər haqqında məlumat verib. Balacalar üçün kitabxanadan bəhs olunan "Balaca ev" cizgi filmi nümayiş olunub.

Tədbirin sonunda məktəbli oxucular "Əkinçi və canavar" nağılı əsasında hazırlanmış səhnəcik göstəriblər.

 

 

http://az.baku-art.com/az/ushaqlarla-mutalie-bir-med-niyy-tdir-movzusunda-s-hb-t-aparil-b

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi