Məktəbimizin divarlarını abadlaşdırırıq

Məktəbimizin texniki əməkdaşı Aftandil Həsənova tədris müəssisəmizin divarlarındakı şagirdlərin "sənət əsərləri"nə düzəliş verdiyi üçün təşəkkür edirik. Yeni təyin olunmuş direktor Əməkdar müəllim Almaz Həsrət məktəbimizin divarlarındakı müxtəlif yazıların silinməsi üçün dəfələrlə aidiyyatı adama, yəni bu işə məsul şəxs olan təsərrüfat müdirinə tapşırıq verirdi. Təəssüflər olsun ki, heç bir tədbir görülmürdü. Məktəbin divarlarındakı yazılar günü-gündən artırdı. Sonda  bu yazıların ləğvi üçün direktor birbaşa texniki əməkdaşa tapşırıq verdi. Təbii ki, bu yazılar tədris günü divarlara həkk olunmurdu. İllər öncə məktəbimizin həyətinə gəzintiyə çıxan yaxın bina sakinləri  gənclərinin "sənət əsərləri" olub həmin yazılar. Direktorun təşəbbüsü ilə bunun qarşısı alındı. Divarımızı boyamaqla, yeni, səliqəli və təmiz görünüş yaratdığı üçün Aftandil Həsənova təşəkkür edirik. Məktəbimizin təmizliyini və görünüşünü qorumaq hər birimizin borcudu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi