"Gənc xilasedici və yanğınsöndürən" yarışında finala vəsiqə qazandıq

Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 28 aprel 2022-ci il tarixli 030 nömrəli əmri ilə uşaq və gənclər arasında 19.05.2022 və 20.05.2022-ci il tarixində  FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin ( Bakı şəhəri 9-cu mkr,yuxarı hissə, Hüseyn Seyidzadə 40) ərazisində   IX “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı keçirildi. 

Respublika yarışında Binəqədi rayon R.Əliyeva adına 3 nömrəli tam orta məktəbi  8-ci sinif şagirdləri təmsil ediblər. "Gənc xilasedici və yanğınsöndürən" yarışının rayon birinciliyində ildırım sürətilə keçən 8-ci sinif şağirdlərimiz 1.26 dəqiqəyə yüksək nəticə verərək, finiala vəsiqə qazandılar.

Şagirdlərimizi və onların üzərində əməyi olan müəllim həmkarlarımızı növbəti uğur münasibəti ilə təbrik edirik. Nailiyyətlərimiz davamlı olsun. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi