“Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda görüş-seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlar ilə “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda görüş-seminar keçirilib.

Seminar-görüşdə BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Orxan Kərimov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Kamran Əliyev, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması, fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, xüsusi hallar, hüquqi tənzimləmə, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu: kargüzarlıq və sənədlərlə iş mövzularında təqdimatlarla çıxış ediblər.

Seminar-görüşdə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışılıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu diqqqətə çatdırılıb.

Daha sonra Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət öncə vacib məsələlərə toxunaraq çıxış edənlərə təşəkkürünü bildirdi. Sonra məktəbdə tədris fənnlərinin tədrisində olan bəzi çatışmazlıqlardan danışdı. Ən əsası 2 ilə yaxın təyin olunduğu (2020-ci ildən) məktəbdə tədris edilən musiqi və texnologia fənnlərinə aid olan avadanlıqların heç birinin olmamasını bildirdi. Avadanlıqların olmamasının tədrisə birbaşa təsir etdiyini vurğuladı. İdarə rəsmiləri bu müraciəti nəzərə alacaqlarına və diqqətdə saxlayacaqlarını bildirdilər. 

 

Mənbə: https://baku.edu.gov.az/az/page/9/6270

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi