8ç sinfi Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada
18 may Beynəlxalq Muzeylər Günündə məktəbimizin 8ç sinif şagirdləri müəllimləri ilə birlikdə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyaya gediblər. Texnologiya fənn müəllimi və 8ç sinifinin rəhbəri Bahar Ağayeva və məktəbimizin fizika müəllimi Səbinə Hacıyevanın təşkilatçılığı ilə muzeyə səfər şagirdlərin çox böyük marağına səbəb olmuşdu. Şagirdlərimiz milli mənəvi dəyərlərə söykənən muzey eksponantları ilə yaxından tanış oldular. Azərbaycanın dərin milli sərvət sahibi olduğunun bir daha şahidi oldular.