XI sinif şagirdlərinin Hərbi dərsi

Bu gün məktəbimizin Çağırışa qədərki Hərbi hazırlıq müəllimi Elgiz Səlimov XI sinif şagirdləri ilə çox maraqlı dərs keçdi. "Şuşa ili" ilə əlaqədar keçirilən hərbi dərs şagirdlərdə milli vətənpərvərlik ruhunun artmasına yönəlmişdir. Zəfər tariximizin yazılmasına səbəbkar olan əsl qəhrəman oğulların Qələbəyə doğru keçdiyi anları Elgiz müəllim şagirdlərə nəql etdi. Müharibədə qazanılan zəfərin yüksək iradə və əsl vətənpərvərlik dühasından yarandığını şagirdlərin nəzərinə çatdırdı. Gələcəyin əsgərləri olacaq XI sinif şagirdlərinə Vətənini, torpağını, bayrağını həmişə sevməyi, dəyər verməyi və onları qorumağa borclu olmalarını bildirdi. Hərbi müəllim Elgiz Səlimovun "Şuşa ili" ilə əlaqədar keçdiyi dərs şagirdlərin növbəti dəfə böyük marağına səbəb olmuşdu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi